...

Gürcüstan Azərbaycan terminalından Qazaxıstan buğdası alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2006 12:44 (UTC +04:00)

Gürcüstan ölkəyə buğda tədarükünün alternativ mənbələrini axtarır. Gürcüstanın Kənd Təsərrüfatı naziri Mixail Svimonişvilinin Trend in Tbilisidəki xüsusi müxbirinə verdiyi xəbərə görə, Qazaxıstan buğda mənbəyi kimi gözdən keçirilir.

Nazirin sözlərinə görə, Qazaxıstan Azərbaycanda terminal tikintisinə başlayıb və lazım olarsa, buradan buğda aparıla bilər. "Bu mərhələdə buğdaya ehtiyac yoxdur, çünki bizdə hələ kifayət qədər buğda ehtiyatı var", - deyə nazir bilidirib.

Gürcüstana buğda tədarük edən əsas ölkələr Rusiya və Ukraynadır, lakin bu il bu ölkələrin tədarük həcmi azala bilər, çünki bu ölkələrdə əkinlərin bir hissəsi yaz şaxtalarına görə ziyan çəkib.

Hər il Gürcüstan 800 min ton buğda sərf edir, onların yalnız 20-25%-i şəxsi istehsalı təmin edir. Bu il respublikada 200 min ton məhsulun olacağı gözlənilir. Nazirlikdən verilən xəbərə görə, 2005-ci ildə Gürcüstana 561,1 min ton buğda və un idxal olunub, idxalın 67,5%-i Rusiyanın payına düşüb.

Azərbaycan terminalından istifadəyə gəlincə isə, M.Svimonişvilinin sözlərinə görə, bununla özəl şirkətlər məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti