...

Spirtli içkilərin istehsalı və idxalı üçün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 6 lisenziya verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2006 14:06 (UTC +04:00)

2006-cı ilin əvvəlindən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 6 lisenziya verilib. Kənd təsərrüfatı Nazirliyinin məhsul ehtiyatlarının keyfiyyəti, standartlar və lisenziyalar üzrə şöbə rəisi Əhliman Nəsirovun Trend ə verdiyi xəbərə görə, lisenziyanın 3-ü pivə istehsal edən müəssisələrin payına, qalanları isə spirtli içki (şərab, araq, konyak) istehsalı və idxalı ilə məşğul olan müəssisələrin payına düşür.

Onun sözlərinə görə, brend altında digər tanınmış xarici istehsalçıların məhsullarının qanunsuz istehsalı ilə məşğul olduğundan bu dövrdə Batabat MMC şirkətinin fəaliyyəti dayandırılıb.

Ümumilikdə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu günə qədər 20 lisenziya verilib ki, onların 12-i pivə müəssisələrinə, 3-ü idxal üçün, 5-i isə spirtli içkilərin istehsalı üçün verilib.

Spirtli içki və tütün məmulatlarının istehsalı, idxalı və satışı üzrə xüsusi icazələrin verilməsi üçün Nazirlər Kabinetinin təsdiq etdiyi əlavə şərtlərə əsasən, əgər istehsalın illik həcmi 100 min dkl., etil spirti ən azı 80% spirt konsentratı, konyak spirti (üzümdən) istehsalı - ən azı 5 min dkl., xammal spirtinin (üzümdən və digər meyvələrdən) istehsalı - 20 min dkl., araq istehsalı - 100 min dkl., şərab (üzüm və meyvələrdən) istehsalı - 20 min dkl., brendi istehsalı - 10 min dkl., likör və ən azı 28% spirt tərkibli digər spirtli içkilərin istehsalı - 30 min dkl., şampan şərablarının (köpüklənən) istehsalı - 150 min dkl., olarsa, nəzarət göstəricisinə dövlət nəzarətinin təkmilləşdirilməsi məqsədi ilə, müəssisə etil spirtinin (tərkibində 80%-dən az spirt konsentratı olmamalıdır) istehsalı üçün lisenziya ala bilər.

Xəbər lenti

Xəbər lenti