...

Bakıda mənzil sahibkarları assosiasiyasının yaradılması üzrə beynəlxalq konfrans keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2006 15:28 (UTC +04:00)

İyunun 22-23-də Bakıda "Mənzil sahibkarları assosiasiyası konsepsiyası və onun kommunal xidmətlərin yaxşılaşdırılmasında rolu" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend ə hökumətin energetika məsələlərində məsləhətçisi olan və Word Learning Inc şirkətilə birgə konfrans təşkil edən PA Consulting Group-dan məlumat verilib. Görüş ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir.

Konfransın işi "Mənzil sahəsində islahatların icmalı", "Mənzil və kommunal xidmətlər sahəsində islahatların keçirilməsi üçün qanunverici baza", "Mənzil sahibkarlarının perspektiv rolu", "Mənzil və kommunal xidmətlər sahəsində islahatlar - qarşılıqlı əlaqə və ümumi məsələlər", "Mənzil sektorunun maliyyələşdirmə mexanizmi" və "Mənzil və kommunal xidmətlər sahəsilə bağlı sosial məsələlər" mövzusu çərçivəsində təşkil olunmalıdır.

Konfransda Azərbaycanın baş nazir müavini Abid Şərifov, USAID-in Azərbaycandakı koordinatoru Ceyms L.Qoqqin, "Azəristiliktacizat" SC-nin sədri Yaşar Həsənov, Şəhərsalma və Memarlıq üzrə Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı gözlənilir.

Konfransda BMT, Dünya Bankı, Rusiya Dövlət Duması, eləcə də Litva, Özbəkistan, Qırğızıtsan, Slovakiya və digər ölkə nümayəndələrinin məruzə edəcəyi planlaşdırılır. Həmçinin "Azərenerji", "Azəriqaz", "Azərsu" səhmdar cəmiyyətləri nümayəndələrinin də məruzələri gözlənilir.

Xəbər lenti

Xəbər lenti