...

Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası kreditlər üzrə faiz dərəcələrinin araşdırılması üçün donor axtarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2006 15:58 (UTC +04:00)

Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası qeyri-bank təşkilatlarının ayırdığı kreditlərin yüksək faiz dərəcəsindən narahatlıq ifadə edən ölkə hökumətinin tövsiyələrini gerçəkləşdirməyə başlayıb. Bu barədə "Azərbaycanda vahid maliyyə sektorunun inkişafı"na həsr olunmuş 3-cü Azərbaycan mikromaliyyə konfransında baş nazirin müavini Əli Həsənov bəyan edib.

AMA artıq kredit dərəcələri üzrə araşdırma aparmaq üçün layihə hazırlayıb. Hazırda AMA donor dəstəyi axtarır. "Maraq var, ancaq layihəni maliyyələşdirməyə razılıq verəcək konkret donor təşkilatı hələ muəyyən olunmayıb. Araşdırmada məqsəd kredit dərəcələrinin bazar qaydalarına uyğunluğunu, o cümlədən bu və ya digər təşkilatın kredit dərəcələrini hansı əsaslarla formalaşdırmasını üzə çıxarmaqdır. Yalnız araşdırmanın nəticələri bu təşkilatların real dərəcələri necə müəyyən etməsini və bu xidmətlərin faiz dərəcələrinə münasib olduğunu təyin edəcək.

Bu gün qeyri-bank kredit təşkilatları tərəfindən müəyyən edilən orta faiz dərəcəsi məhsulun növündən asılı olaraq ayda 2-3%-dir. AMA bunun səbəbini onunla əlaqələndirir ki, QBKT fiziki girov tələb etmir. Buna görə də risk faiz dərəcəsi hesabına örtülür. Bununla əlaqədar QBKT qrup zəmanəti anlayışından istifadə edir.

Digər tərəfdən mikromaliyyə təşkilatları banklardan fərqi olaraq müştəri axtarmaq üçün evlərə gedir və bununla əlaqədar bu qurumların nəqliyyatla, monitorinqin keçirilməsi ilə bağlı böyük xərcləri yaranır. Kənd sakinlərinin informasiya əldə edə bilməməsi ilə əlaqədar AMA-nın verdiyi mikrokreditlər kənd biznesinin inkişafına şərait yaradır.

Xəbər lenti

Xəbər lenti