...

Səməd Seyidov: "Alternativ hərbi xidmət" haqqında qanunu qəbul etmək o qədər də asan deyil"

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2006 16:15 (UTC +04:00)

"Alternativ hərbi xidmət" haqqında qanunu qəbul etmək o qədər də asan deyil. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.

Qeyd edək ki, Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərdən biri də "Alternativ hərbi xidmət" haqqında qanunun qəbul edilməsidir. Ancaq bu vaxtadək rəsmi Bakı bu öhdəliyi yerinə yetirməyib.

S.Seyidov qeyd edib ki, öhdəliyin bu vaxtadək yerinə yetirilməməsinin əsas səbəbi Azərbaycanın işğalçı Ermənistan tərəfindən müharibə şəraitində saxlanmasıdır: "Adıçəkilən qanunu qəbul etmək o qədər də asan deyil. Amma AŞPA tərəfindən tələb olunan bu öhdəlik də, sözsüz ki, yerinə yetiriləcək".

Xəbər lenti

Xəbər lenti