...

Azərbaycan və Dünya Bankı yeni yol layihələri ilə bağlı fikir mübadiləsi aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2006 18:10 (UTC +04:00)

Dynya Bankının yol infrastrukturu üzrə mütəxəssisi Olivye Le Ber başda olmaqla nümayəndə heyəti Azərbaycan hökuməti ilə avtomobil yollarının bərpası sahəsində layihələrin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün iyulun ortalarında Bakıya gələcək. Bu barədə Trend ə bankın Bakı nümayəndəliyindən bildiriblər. May səfəri zamanı DB ekspertlərinə Hacıqabul-İmişli (Beylaqan), Şamaxı-Yevlax, Yevlax-Zaqatala yollarının bərpası layihələrində iştirak etmək təklif edilmişdir.

Tərəfdaşlıq strategiyasının həyata keçiriləcəyi 4 il ərzində (2006-2009-cu illər) DB nəqliyyat sektoruna təxminən $550 mln. vəsait qoymaq təşəbbüsünü irəli sürüb. Bu vəsaitlər Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə ayrılacağından maliyyənin həcmi dəyişkən ola bilər.

Yeni strategiya çərçivəsində Azərbaycana 2 avtomobil magistralının bərpası üçün $200 mln. həcmində kreditin ayrılması təsdiqlənib. Layihə Ələt-Astara magistralı marşrutunun genişləndirilməsi və dəyişdirilməsi və Bakı-Şamaxı-Muğan yolunun təmirini nəzərdə tutub. Qarşıdakı yol missiyası çərçivəsində bu layihələrin həyata keçirilməsinin icmalı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti