...

Ümumi vergi daxilolmalarında yeraltı sərvətlər vergisinin xüsusi çəkisi artmaqdadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2006 13:00 (UTC +04:00)

Vergilər Nazirliyi yeraltı sərvətlər vergisinin artım dinamikasını qeyd edir. Nazirlikdən Trend ə verilən məlumata görə, 2002-ci ildə ümumi büdcə daxilolmalarında bu vergi üzrə gəlirlərin xüsusi çəkisi 7,3%, 2003-cü ildə - 6,9%, 2004-cü ildə - 9,7%, 2005-ci ildə - 3,8% təşkil edib. Yeraltı sərvətlər vergisi üzrə daxilolmaların böyük hissəsi ARDNŞ-in payına düşür. 2004-cü ildə ARDNŞ büdcəyə 476,9 mlrd. manat keçirib ki, bu da royalti üzrə ümumi daxilolmaların 97,5%-ni (489,2 mlrd. manat) və şirkət tərəfindən ümumi vergi daxilolmalarının 24,8%-ni təşkil edir.

Xam neftə royalti 26%, təbii qaza - 20%, metalın bütün növlərinə (faydalı qazıntılar) - 3% ilə tətbiq olunur.

Nazirlər Kabinetinin 12 yanvar 2001-ci il tarixli sərəncamına görə, quyulara vurulan neft və qazın həcmi hasil edilən neft və qazın həcminə münasibətdə aşağıdakı normativlər üzrə müəyyən edilir:

Təşkilatın adı

əşkilatın adı

Ölçü

Neft

Qaz

Dövlət Neft Şirkəti

övlət Neft Şirkəti

%

2,1

20,9

O cümlədən

cümlədən

"Dənizdə neft-qaz hasilatı" İB

hasilatı" İB

%

1,47

20,7

"Quruda neft-qaz hasilatı" İB

hasilatı" İB

%

5,35

24,45

Xəbər lenti

Xəbər lenti