...

Azərbaycan MDB-nin Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası şurasının iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2006 18:41 (UTC +04:00)

Azərbaycan MDB-nin Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası şurasının 29-cu iclasında iştirak edəcək. Azərbaycanın Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Agentliyindən Trend ə verilən xəbərə görə, iyunun 22-dən 25-ə qədər Kazan şəhərində keçiriləcək tədbirdə Dövlət Agentliyinin standartlar şöbəsinin şöbə rəisinin müavini Qalib Ağayev iştirak edəcək.

Tədbirdə Q.Ağayev son dövrlərdə agentliyin fəaliyyətinə dair məruzə ilə çıxış edəcək.

Tədbirdə Rusiya, Ermənistan, Belorusiya, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Slovakiya, Çexiya, Macarıstan, İran, Böyük Britaniya, Polşadan təxminən 60 nümayəndənin iştirakı gözlənilir.

MDB-nin Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası şurası standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə razılaşdırılmış siyasətin formalaşması və keçirilməsi üzrə MBD-nin hökümətlərarası orqanıdır. Dövlətlərarası şura 13 mart 1992-ci ildə "Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin keçirilməsi haqqında saziş"ə müvafiq olaraq, standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsindəki işlərin koordinasiyası, dövlətlərarası standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiyanın göstərilən fəaliyyət sahələrində əsas istiqamətlərini müəyyən etmək üçün yaradılıb.

Dövlətlərarası şuranın ali orqanı Dövlətlərarası şuranın üzvlərinin iclasıdır. Bu iclas ildə iki dəfə növbə ilə Sazişin iştirakçı dövlətlərində keçirilir. İclaslar arasında Şura işinə sədr rəhbərlik edir. Dövlətlərarası şuranın sədrinin funksiyalarını standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə milli orqanların rəhbərləri növbə ilə yerinə yetirirlər. Dövlətlərarası şuranın işçi orqanı tərkibində ekspertlər qrupunun və regional İnformasiya mərkəzinin oldubu Standartlar üzrə Bürodur. Şurada standartlaşdırma üzrə 230-dan çox dövlətlərarası texniki komitə yaradılıb.

Xəbər lenti

Xəbər lenti