...

2006-cı ildə Azərbaycanda üzüm yığımı 80 min ton həcmində proqnozlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2006 13:29 (UTC +04:00)

2006-cı ildə Azərbaycanda üzüm yığımı 80 min ton həcmində proqnozlaşdırılır. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, bu il əkin sahəsi demək olar ki, 2 min ha genişlənərək 9641 ha təşkil edib.

"2006-cı il - "üzüm ili"dir. Biz son nəticənin proqnozlarımızı xeyli keçəcəyinə ümid edirik", - deyə nazirlikdən vurğlanıb.

2008-ci ilədək Azərbaycanda 6 min ha sahədə əlavə üzüm bağları salınacaq.

Nazirliyin məlumatına görə, 2005-ci ildə üzüm yığımı 79 654 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti