...

Asiya İnkişaf Bankı Azərbaycanda yoxsulluq üzrə hesabatı tamamlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2006 13:47 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) bir aydan sonra Azərbaycanda yoxsulluq səviyyəsinin qiymətləndirilməsini tamamlayacaq. Bu barədə Trend ə AİB-in Bakı nümayəndəliyindən xəbər veriblər. AİB bankın bütün üzv ölkələrində yoxsulluğun vəziyyətinin təhlilini aparır.

Bank Azərbaycanın özəl sektoru, dövlət idarəetmə sistemi, enerji sektorunda da analoji təhlil aparıb.

Yoxsulluq vəziyyətinin qiymətləndirilməsi üçün AİB-in qabaqcıl mütəxəssisi Yeşim Elxan-Kayalar Bakıda olub. Ölkədə fəaliyyət strategiyasının əsasını yoxsulluq səviyyəsinin azaldılması ilə mübarizənin təşkil etməsinə baxmayaraq, AİB hesabatın hazırlanması məqsədi ilə ilk dəfədir ki, Azərbaycana mütəxəssis göndərir. Nümayəndəlikdə qeyd ediblər ki, yeni strategiyanın hazırlanmasında bank bu hesabata əsaslanacaq.

2005-ci ilin yekununa görə, ölkə əhalisinin 29%-i yoxsulluq həddindən kənardadır.

Xəbər lenti

Xəbər lenti