...

2005-ci ilin sonunda Azərbaycanın Dövlət Neft Fondunun təxminən 40% aktivləri qiymətli kağızlara qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2006 16:24 (UTC +04:00)

Ernst & Young tərəfindən 31 dekabr 2005-ci il üçün Azərbaycan Dövlət Neft Fondunun maliyyə vəziyyətinə görə hazırlanmış hesabata əsasən, ARDNF-in qiymətli kağızlar üzrə sərmayə portfeli 2 520,278 milyard manat (fondun ümumi aktivlərinin 39,2%-i) təşkil edib.

2005

2004

Maliyyə təşkilatlarının qiymətli kağızları

şkilatlarının qiymətli kağızları

1,512,769

1,610,971

Agentliklərin qiymətli kağızları

kağızları

820,814

322,940

Xarici dövlətlərin qiymətli kağızları

dövlətlərin qiymətli kağızları

167,392

315,711

Korporativ kapital qiymətli kağızları

kağızları

19,303

18,286

Korporativ borc qiymətli kağızları

kağızları

-

66,543

Beynəlmiləl təşkilat istiqrazları

şkilat istiqrazları

-

12,174

Cəmi

2,520,278

2,346,625

Trend in hesabata istinadən verdiyi xəbərə görə, 2004 və 2005-ci illərdə maliyyə institutlarının buraxdığı qiymətli kağızlar ən azı Baa3 (Moody's) və ya BBB - (Standard & Poor's) uzunmüddətli kredit reytinqinə malik olublar. 2005-ci ilin sonundakı vəziyyətə görə, onlar Avropa, Asiya və ABŞ maliyyə təşkilatları tərəfindən buraxılıblar. QK 2,25% -7,5% aralığında sabit faiz dərəcəsinə, həmçinin 3 və 6 aylıq ABŞ dolları və Avro liborları üstəgəl 0.05%-2% arasında liborla bağlı dəyişkən faiz dərəcələrinə malikdirlər. Onlar 2006-cı ilin mart ayından 2015-ci ilin iyul ayına qədər tədavül müddətinə malikdirlər. Bu qiymətli kağızlar 2004-cü ildə Avropa, Avstraliya, Şimali və Latın Amerikası maliyyə təşkilatları tərəfindən buraxılıb. Onlar 2.25%- 8% arasında sabit faiz dərəcəsinə malik olub, dəyişkən faiz dərəcəsi isə 2005-ci ildə olduğu səviyyədə olub. Onların tədavül müddəti 2005-ci ilin dekabr ayından 2014-cü ilə qədərdir.

ARDNF tərəfindən 2005-ci ildə agentliklərə qoyulmuş sərmayələr ABŞ agentliklərindən Fannie Mae, Freddie Mac, Federal Home Loan Bank, Federal Farm Credit Bank və digər ölkələrin agentliklərinin qiymətli kağızları ilə, 2004-cü ildə isə yalnız Fannie Mae, Freddie Mac,Federal Home Loan Bank agentliklərinin qiymətli kağızları ilə həyata keçirilib. Ötən il sabit faiz dərəcəsi 1,75%- 6,20% arasında (2004-cü ildə - 1,75%-4,625%) müəyyən olunub. Onların tədavül müddəti 2006-cı ilin mart ayından 2013-cü ilin mart ayınadəkdir (2005-ci ilin dekabrından 2013-cü ilin may ayına qədər).

Xarici ölkələrin qiymətli kağızlarına qoyulan sərmayələr Şərqi Avropa, Asiya, Afrika və Cənubi Amerika ölkələrinin qiymətləri kağızları ilə, 2004-cü ildə isə ABŞ, həmçinin Şərqi Avropa və Asiya ölkələri xəzinələrinin istiqrazları ilə həyata keçirilib. Sabit faiz dərəcəsi 3%-10% səviyyəsində (2004-cü ildə - 1,75%-8,75%) və 3 və 6 aylıq ABŞ dolları və Avro liborları üstəgəl 0,03%-0,8125% arasında libor dəyişkən faiz dərəcəsinə malik olub. Onların tədavül müddəti 2006- cı ilin may ayından 2010-cu ilin iyul ayına qədərdir (may 2005-aprel 2011).

Xəbər lenti

Xəbər lenti