...

Şimali Kipr Türk Cümhuriyyəti iqtisadiyyat və turizm naziri Azərbaycana səfərdən razı qalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2006 18:54 (UTC +04:00)

Şimali Kipr Türkiyə Cümhuriyyətinin təcrid olunmasının aradan qaldırılmasına yönəldilmiş tədbirlərdə əsas səylər xaricdən təzyiqə məruz qalmayan sahibkarlara məxsusdur. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, İKT Xarici İşlər nazirləri Şurasının 33-cü sessiyasında iştirak etmək üçün iyunun 21-də Bakıda səfərdə olan iqtisadiyyat və turizm naziri Derviş Kamal Deniz bəyan edib.

"Bakıda keçirilmiş görüşlər zamanı mən çox əlverişli vəziyyətlə qarşılaşdım. Bu vəziyyət Azərbaycan və Şimali Kiprin özəl sektorlarının nümayəndələri arasında əməkdaşlığı inkişaf etdirməyə imkan verəcək" - deyə o qeyd edib.

"Mən həm Azərbaycan hökuməti, həm də sahibkarlarından xüsusi münasibət gördüm və mən Lefkoşaya qayıdandan sonra gördüklərimi Şimali Kipr rəhbərliyinə mütləq çatdıracağam" - deyə D.K.Deniz bildirib.

Xəbər lenti

Xəbər lenti