...

Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsi üzrə görüş Qazaxıstanda olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2006 19:05 (UTC +04:00)

İyulda Qazaxıstanda Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryol nəqliyyatının açılış layihəsi üzrə Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstanın Nəqliyyat nazirlərinin görüşü olacaq. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Nəqliyyat naziri Ziya Məmmədov bildirib. Görüşün Qazaxıstanda keçirilməsi bu ölkənin layihədə iştirak etməsində maraqlı olması ilə izah olunur.

Nazirin qeyd etdiyi kimi, gürcü tərəfi layihə üzrə təkliflər hazırlayıb, lakin onlar hələ tərəflərə təqdim olunmayıb. Layihənin texniki-iqtisadi əsaslandırmasının son variantı nazirlərin Qazaxıstan görüşündə müzakirə olunacaq.

Bu layihənin reallaşması Nəqliyyat naziri Ziya Məmmədov və baş nazir Artur Rəsizadənin bu günkü görüşündə müzakirə olunub.

"Azərbaycan bu layihə ilə çox maraqlanır və biz hökümət başçısı ilə onun həyata keçirilməsi üçün lazım olacaq işləri yenidən gözdən keçirmişik", - deyə Z.Məmmədov qeyd edib.

Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu nəqliyyat dəhlizinin yaradılma layihəsinə 98 km ölçülü Qars-Axalkalaki dəmiryolu qolunun tikintisi də daxildir. Bu qolun 68 km-i Türkiyə ərazisinə, 30 km-i isə Gürcüstan ərazisinə düşür. Həmçinin Axalkalaki-Tbilisi sahəsində müəyyən yenidənqurma işləri aparmaq laızmdır. Layihənin orta qiyməti 400 milyon ABŞ dolları məbləğində dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti