...

Azərbaycan –Türkiyə biznes –forumu Bakıda öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2006 13:09 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Sahibkarlar Konfederasiyası (AMSK) tərəfindən təşkil edilmiş Azərbaycan -Türkiyə biznes -forumu Bakıda öz işinə başalyıb. Onun işində 15 türk şirkətinin nümayəndələri və 100-ə yaxın Azərbaycan iş adamı iştirak edir.

"Təcrübə göstərir ki, bu gün ölkənin qeyri-neft sektorunda türk investisiyalarının xüsusi çəkisi ən yüksək həddədir və 2,2 milyard ABŞ dolları təşkil edir. Lakin əsas məqsəd onların istiqamətinin dəyişilməsidir", - deyə AMSK prezidenti Ələkbər Məmmədov xəbər verib. Türklər paytaxtdan başqa, Gəncə, Mingəçevir, Sumqayıt və Ağdaşda da investisiya qoyublar. Bu günkü biznes-forumda Əlibayramlı, Mingəçevir, Zaqatala sahibkarları iştirak edir.

"Biz ümid edirik ki, türk iş adamları iki gün ərzində Azərbaycanda özlərinə partnyor tapacaqlar. Nümayəndə heyətində təmsil olunmuş şirkətlər əsasən İstanbuldan gəliblər. Azərbaycanda ilk dəfə olmalarına baxmayaraq, onlar konkret layihələrlə gəliblər", - deyə A.Məmmədov qeyd edib. Onlar tikinti materialları, mebel, tibb avadanlığı istehsalı, mehmanxana biznesi, dizayn, daxili işıqlandırma sahəsində ixtisaslaşıblar.

Razılaşmaya əsasən sahibkarlar onların müəssisələrində olacaqlar. Onlar tibb avadanlığının Sumqayıt diaqnostika mərkəzində tətbiqinə artıq maraq göstəriblər və bu gün onun işi ilə yerində tanış olmaq üçün səfər olacaq.

Xəbər lenti

Xəbər lenti