...

Səlim Müslümov: Sosial sığorta üzrə fərdi uçot sistemində artıq 515 əcnəbi qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2006 19:47 (UTC +04:00)

Əhalinin Sosial Müdafiə Fondu fərdi uçot sistemində Azərbaycanda işləyən 51 xarici vətəndaşı qeydiyyata alıb. Beləliklə, onlar 2006-cı ilin yanvarından məcburi sosial sığorta üzrə ödəniş həyata keçirməlidir. Bu barədə Trend ə Dövlət Fondunun sədri Səlim Müslümov xəbər verib. Bunlar əsasən Türkiyə, Rusiya, ABŞ və Böyük Britaniya vətəndaşlarıdır.

O hesab edir ki, başlanğıc üçün 515 nəfər - normal göstəricidir, çünki xaricilər əsasən neft müqavilələrinə cəlb olunub. AÇG üzrə müqavilədə sosial sığorat üzrə ödənişlərdən yalnız podratçılar azad edilib, subpotratçıların məsələsi isə həll edilməmiş qalıb. Digər neft müqavilələrində isə podratçı və subpotratçı şirkətlərdə işləyən xaricilər ödənişdən azaddır.

"Biz hər müqavilə üzrə danışıqlar aparırıq. Danışıqlar əsasında hansı xarici vətəndaşların ödəniş həyata keçirəcəyi məlum olur. Biz onlara izah edirik ki, bu onlara sərf edir, amma işə götürən şirkətlər razılaşmır, çünki belə olan halda onlar əmək haqqı fondundan 22% ödəyir. Mən dərəcələrin müxtəlifləşdirilməsinin tərəfdarı deyiləm və buna görə biz vahid sistem yaradırıq" - deyə S.Müslümov qeyd edib. Neft şirkətləri üzrə vergi ödəyicilərinin aşkarlanması prosesi hələ təzəliklə başlanıb, digər sahələrdə isə artıq qeydiyyat işləri aparılır.

Xəbər lenti

Xəbər lenti