...

Azərbaycan höküməti neft-kimya kompleksinin yaradılması üzrə məsləhətçi seçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2006 14:33 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi ölkədə yeni neft-kimya kompleksinin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlığı üzrə məsləhətçi seçəcək.

Trend in verdiyi xəbərə görə, iqtisadi inkişaf naziri Heydər Babayev jurnalistlərə bildirib ki, Azərbaycan höküməti daha obyektiv rəy almaq üçün özü məsləhətçinin xidmətlərini ödəyəcək. "Əgər bunu potensial investor etsə, o zaman nəticə onun xeyrinə ola bilər", - deyə nazir izah edib.

Xatırladaq ki, Amerika şirkətləri bu sektora investisiya qoymaq arzusunda olduqlarını bildiriblər. Nazirin sözlərinə görə, onlarla xammalın növü (qaz və neft məhsulu) və qiymətindən başlayaraq, satışına qədər bütün danışıqlar zamanı bir sıra suallar meydana çıxır.

Xəbər lenti

Xəbər lenti