...

Azərbaycan höküməti pul kütləsinin tənzimlənməsi məsələsini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2006 14:52 (UTC +04:00)

Azərbaycanın Nazirlər kabineti pul kütləsinin tənzimlənməsi məsələsini və onun sterilizasiya üsullarını müzakirə edib. Trend in verdiyi xəbərə görə, bu barədə jurnalistlərə iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.

"Müzakirələr səmərəli olub və biz müzakirələri davam etdirəcəyik. Bu halda dövlət qiymətli kağızlar bazarının canlanması mühüm yer tutur. Bu istiqamətdə tədbirin olacağı planlaşdırılır, o cümlədən qiymətli kağızlar bazarının inkişafı üzrə Nazirlər kabinetinin sərəncamı gözlənilir", - deyə H.Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti