...

Maliyyə naziri Azərbaycan üzrə elektron ödəniş sisteminə keçid prosesini tezləşdirməyi tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2006 20:08 (UTC +04:00)

Maliyyə nazirliyində 2005-2007-ci illər üçün milli ödəniş sisteminin inkişafı üzrə Dövlət proqramının icrasının müzakirəsi üzrə iclas oldu. Trend in nazirliyin press-relizinə istinadən verdiyi xəbərə görə, Prezidentin "Azərbaycanın ödəniş sisteminin təkmilləşdirilməsi haqqında" 22 noyabr 2005-ci il tarixli fərmanına əsasən Nazirlər kabinetinin qərarı üzrə yaradılmış komissiyanın ilk iclası maliyyə nazirinin iştirakı ilə baş tutdu.

Görüş iştirakçıları nəzarət paketlərinin dövlətə məxsus olduğu büdcə təşkilatlarında, dövlət müəssisələrində və SC-də əmək haqqlarının ödəmə kartları vasitəsilə ödənilməsi vəziyyəti haqqında məlumat əldə ediblər. Bu proses 1 yanvar 2006-cı ildən başlayıb. Əhalinin nağd pullarla təmin olunması, dövlət sektorunun əməkdaşlarına xidmət edən Azərbaycan Beynəlxalq Bankı və Kapitalbank tərəfindən texniki xidmətlərin göstərilməsi ilə bağlı məsələlər müzakirə olunub.

İclasın yekununa görə, komissiyanın sədri, maliyyə naziri Samir Şərifov ticarət obyektlərinin POS-terminallarla təchiz olunması, respublikanın bütün rayonlarının bankomatlarla əhatə dairəsinin genişləndirilməsi üzrə növbəti mərhələdə işlərin tezləşdirilməsinin zəruri olduğunu xüsusi olaraq qeyd edib.

İclasda AMB, İqtisadi İnkişaf, Ədliyyə Nazirliklərinin, Dövlət alışları üzrə Dövlət agentliyinin, ABB və Kapitalbankın, Azərbaycan Bank assosiasiyasının nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti