...

MDB-nin Standartlaşdırma, metrologiya və sertifikasiya üzrə dövlətlərarası şurasının növbəti iclası 2007-ci ilin yayında keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2006 17:29 (UTC +04:00)

Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) Standartlaşdırma, metrologiya və sertifikasiya üzrə Dövlətlərarası şurasının Kazan şəhərində keçirilən 29-cu iclasında iştirak edib. Azərbaycan tərəfdən tədbirdə iştirak edən Azərbaycanın Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət agentliyinin standartlar şöbəsinin rəis müavini Qalib Ağayevin Trend ə verdiyi xəbərə görə, iclasda Gürcüstan, Moldova və Türkmənistan istisna olmaqla, BMT-nin 9 ölkəsinin nümayəndəsi iştirak edib.

MDB-nin Standartlaşdırma, metrologiya və sertifikasiya üzrə dövlətlərarası şurası MDB-nin standartlaşdırma, metrologiya və sertifikasiya üzrə razılaşdırılmış siyasətin yaradılması və keçirilməsi üzrə hökümətlərarası orqandır. Dövlətlərarası şura standartlaşdırma, metrologiya və sertifikasiya sahəsindəki işlərin koordinasiyası, dövlətlərarası standartlaşdırma, metrologiya, sertifikasiya və göstərilmiş fəaliyyət sahələrinin akkreditasiyasının başlıca istiqamətlərinin müəyyən olunması üçün 13 mart 1992-ci il tarixli "Standartlaşdırma, metrologiya və sertifikasiya sahəsində razılaşdırılmış siyasətin keçirilməsi haqqında saziş"ə müvafiq olaraq yaradılıb.

Dövlətlərarası şuranın ali orqanı Dövlətlərarası şura üzvlərinin iclasıdır. Bu iclas ildə iki dəfə növbə ilə Sazişin iştirakçı dövlətlərində keçirilir. İclas olmadıqda, Şuranın işinə sədr rəhbərlik edir. Dövlətlərarası şura sədrinin funksiyalarını standartlaşdırma, metrologiya və sertifikasiya üzrə milli orqanların rəhbərləri növbə ilə yerinə yetirirlər.

İclasın gündəliyinə sertifikasiya, standartlar, qanunvericilik sahələrinə aid təxminən 40 məsələ daxil idi. İclasda Tacikistanın 2 il müddətinə şuraya rəhbərlik etməsi haqqında qərar qəbul olunub. Bundan əvvəl bu vəzifəni Rusiya tuturdu (Texniki tənzimlənmə və metrologiya üzrə federal agentlik).

Şura üzvləri İSO standartı və müxtəlif sahələr üzrə (qida sənayesi, metallurgiya) digər Avropa standartları əsasında hazırlanmış 150 dövlətlərarası standartı gözdən keçiriblər.

Q.Ağayevin sözlərinə görə, şuranın növbəti iclasının 2007-ci ilin may-iyun aylarında keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti