...

Azkompozit "Sumqayıt sənaye istehsal" SC-ni özəlləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2006 16:24 (UTC +04:00)

Azərbaycanın Azkompozit şirkəti investisiya müsabiqəsi vasitəsilə "Sumqayıt Sənaye istehsal" SC-ni özəlləşdirib. Trend in Dövlət əmlakının idarəsi üzrə Dövlət komitəsinin press-relizinə istinadən verdiyi xəbərə görə, "Alqı-satqı barədə" müqavilə artıq imzalanıb.

İnvestisiya proqramına əsasən Azkompozit üç il ərzində müəssisəyə 15,9 milyon manat sərmayə qoymağı planlaşdırır. Bu sərmayə beynəlxalq standartlara uyğun şüşə-lifli boruların istehsalının təşkili üçün qoyulur və bu Sumqayıt zavodu üçün yeni sənaye istiqaməti olacaq. Respublikada bunun analoqu yoxdur. Bu borulardan su təchizatı xəttlərinin çəkilişi, kanalizasiya şəbəkələri və digər sahələrdə istifadə olunacaq. İnvestor həmçinin müəssisənin istehsalat sahələrini və infrastrukturunu yeniləşdirməyi, həmçinin istehsalat prosesində yeni texnologiyaları tətbiq etməyi də planlaşdırır.

İnvestisiya müsabiqəsinin şərtlərinə görə, müqavilə imzalandıqdan sonra Azkompozit dövlət büdcəsinə 750 min manat keçirəcək və 30 min özəlləşdirmə payı təqdim edəcək.

İnvestisiya layihəsinin reallaşması nəticəsində 200 yeni iş yerinin açılışı nəzərdə tutulur. Sosial tədbirlər arasında tədricən işçilərin əmək haqqının artırılması və onların əmək şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur. İxtisaslarını artırmaq məqsədi ilə zavod əməkdaşları xarici ölkələrini analoji müəssisələrindəki kurslara göndəriləcəklər.

Xəbər lenti

Xəbər lenti