...

"Azadlıqdan məhrumetmə haqqında" və "Uşaq və gənclər haqqında" qanun layihələri hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2006 15:34 (UTC +04:00)

Milli Məclisin müvafiq komissiyalarında "Azadlıqdan məhrumetmə haqqında", "Uşaq və gənclər haqqında" qanun layihələri və Əmək Məclləsi üzərində işlənilir. Bu barədə Trend ə Milli Məclisdən bildiriblər.

Onu da bildiriblər ki, adıçəkilən qanun layihələri müvafiq komissiyaların əməkdaşları ilə yanaşı İdman və Gənclər Nazirliyinin mütəxəssisləri və Uşaq təşkilatlarının nümayəndələri ilə birgə hazırlanır. İş başa çatdıqdan sonra sənədlər yenidən müzakirə edilərək Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Onu da qeyd edək ki, istehsalatda qəzaya uğrayanlarla bağlı da yeni qanunvericilik aktı hazırlanır.

Xəbər lenti

Xəbər lenti