...

Beynəlxalq Sığorta Şirkətinin nizamnamə və əsasnaməsində dəyişikliklər edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2006 14:54 (UTC +04:00)

Beynəlxalq Sığorta Şirkəti tərəfindən təklif olunan məhsulların sayının və göstərilən xidmətlərin keyfiyyətinin artırılması, yeni peşəkar kadrların cəlb olunması ilə idarəetmə prosesinin təkmilləşdirilməsi, bu qərarların yerinə yetirilməsində operativliyin artırılması üçün BSŞ-in təsisçisi olan Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin növbəti iclasında bu təşkilatın nizamnamə və əsasnaməsi yeni redaksiyada təsdiq edilib. Bu barədə Trend ə ABB-dən bildiriblər.

Bankın idarə heyətinin qərarı ilə Beynəlxalq sığorta şirkətinin idarə heyətinin sədri Fariz Abasovun səlahiyyət müddəti uzadılıb. Şirkətin maliyyə direktoru Ruslan Həsənbəyov, aparatın rəhbəri İlham Ağayev və iddialar şöbəsinin rəisi Feyruz Novruzov sədrin müavinləri, ümumi sığorta şöbəsinin rəisi İbrahim İbrahimov isə Beynəlxalq sığorta şirkətinin idarə heyətinin üzvü təyin olunub.

Xəbər lenti

Xəbər lenti