...

Avropa Bankı Gürcüstanda regional ofis yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2006 19:21 (UTC +04:00)

2010-cu ilə qədər AYİB Avropa Birliyinə daxil olan 8 ölkədə ofislərini bağlayacaq. Bu ölkələrə verilən kredit vəsaitləri cələcəkdə bankın fəaliyyət göstərdiyi başqa ölkələrə göndəriləcək. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Reymond Konvey bildirib.

Bundan əlavə, bank Gürcüstanda regional ofis yaradacaq ki, bu ofisin işi Cənubi Qafqaz ölkələri və Moldovaya istiqamətləndiriləcək. Bu, sektorlar üzrə mütəxəssislərin işini asanlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti