...

Ata Holding aktivlərin qiymətləndirilməsindən sonra fond birjasına çıxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2006 17:23 (UTC +04:00)

Ata Holding holdinqə daxil olan şirkətlərin biznes və aktivlərinin qiymətləndirilməsi üçün Ernst &Young beynəlxalq auditor şirkətini cəlb etməyə hazırlaşır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, holdinqin Müşahidəçilər Şurasının sədri Ahmet Erentok bildirib. O, prosedurlar üzrə təkliflərini artıq təqdim edib.

"Hesab edirəm ki, əgər ilin sonuna qədər çatdırmasaq, 2007-ci ilin payızına qədər bu istiqamətdə irəliləyiş olacaq" - deyə A.Erentok vurğulayıb. Qiymətləndirmə prosedurunun başlanması holdinq şirkətlərinin fəaliyyətinin ISO standartlarına uyğunlaşdırılması prosesinin başa çatdırılmasından da asılıdır.

Aktivlərin qiymətləndirilməsindən sonra holdinq Bakı Fond Birjası vasitəsilə səhmlərini satışa çıxarmağı planlaşdırır. Perspektivdə Ata Holding-ın ingiltərəli səhmdarı, paketin 75%-nin sahibi Financial Management Holding-ın səhmlərinin London Fond Birjasına çıxarılması ehtimal olunur. "Mən Böyük Britaniyada bu istiqamətdə iki görüş keçirdim və məsələ böyük maraqla qarşılandı" - deyə Ata Holding-ın rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, hazırda holdinq şirkətlərinin aktivlərinin dəyəri $157 mln. təşkil edir. Holdinqın investisiyaları orta və uzun müddətə nəzərdə tutulub. Holdinqın nizamnamə kapitalı $60 mln., bütün şirkətləri nəzərə almaqla isə - $120 mln. təşkil edir. Hazırda höldinqın 13 şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti