...

Azərbaycan Kənd Təsərrüfatı Araşdırmaları üzrə Qlobal Forumun illik konfransında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2006 20:02 (UTC +04:00)

Azərbaycan Kənd Təsərrüfatı Araşdırmaları üzrə Qlobal Forumun III illik konfransında (The Global Forum on Agricultural Research -GFAR). iştirak edəcək. Kənd Təsərrüfat Nazirliyinin Elmi-Aqrar Mərkəzindən Trend ə verilən məlumata əsasən, noyabrın 8-dən 11-dək Nyu-Delidə keçiriləcək tədbirə Azərbaycan iki mütəxəssis - nazirliyin Elmi-Aqrar Mərkəzinin rəhbəri Əsəd Musayev Kənd Təsərrüfatı Akademiyasının rektoru Məmmədtağı Cəfərov dəvət olunub.

Gündəliyə kənd təsərrüfatı araşdırmalarının nəticələrinin inkişaf edən ölkələrdə tədbiqi, kənd təsərrüfatı araşdırmalarının yoxsulluğun azaldılmasında rolu, 2015-ci ilə qədər əməkdaşlıq imkanları, o cümlədən kənd təsərrüfatının inkişafında əməkdaşlığın genişləndirilməsi daxil edilib.

Nazirlikdən bildiriblər ki, Azərbaycan tədbirdə ilk dəfə iştirak edəcək.

GFAR 1996-cı ildə milli və beynəlxalq tədqiqat mərkəzləri, universitetlər, fermer birlikləri tərəfindən imzalanmış Kənd Təsərrüfatı Sahəsində Qlobal Tərəfdaşlıq Haqqında Bəyannamə nəticəsində yaradılıb. Təşkilatın baş qərargahı Romada yerləşir.

Xəbər lenti

Xəbər lenti