...

EBARA ekspertləri Azərbaycan hökumətilə müzakirələrə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2006 19:55 (UTC +04:00)

Zibil emalı zavodunun inşası çərçivəsində texniki-iqtisdai əsaslandırmanın hazırlanması və bununla əlaqədar olaraq hökumətin mövqeyinin müəyyənləşdirilməsi üçün Yaponiyanın EBARA şirkətinin nümayəndə heyəti iyulun 31-də Bakıya gəlib. Bu barədə Trend ə Nazirlər Kabinetindən xəbər veriblər. Bu gün şirkətin ekspertləri baş nazir müavini Abid Şərifovla görüşüb.

Şirkətin mütəxəssisləri hökumətin bu sahədə nə etmək niyyətində olduğunu müəyyənləşdirmək istəyir. Onlar həmçinin bərk tullantılar üzrə konsepsiyanın hazırlanması ilə bağlı İqtisadi İnkişaf və Ekologiya nazirliklərində görüşlər keçirəcək.

EBARA mütəxəssisləri əvvəlki səfər zamanı Balaxanıdakı zibillikdə araşdırma aparıb və vəziyyəti mənfi qiymətləndirib. Onlar layihə çərçivəsində zibilin tərkibini araşdırmağa, torpağın geoloji tədqiqatını keçirməyə hazır olduqlarını bildiriblər. Zibilin emalı nəticəsində elektrik enerjisi, mineral gübrələr, tikinti materialları əldə olunacaq.

Layihənin dəyəri ilkin olaraq 350 mln. avro həcmində qiymətləndirilib. Avropa bankı 50 mln. avro ayırmağı təklif edir.

Xəbər lenti

Xəbər lenti