Gürcüstan Azərbaycana olan borcunu 2025-ci ilin sentyabrına qədər ödəyəcək. Trend in Gürcüstandakı xüsusi müxbirinə ölkənin Maliyyə Nazirliyindən verilən xəbərə görə, borcun əsas məbləği və 2003-2006-cı illər üçün faizlər, yəni 13,4 mln. ABŞ dolları ödənilməlidir.
Bu proses ötən həftə borcun restrukturlaşdırılması üzrə imzalanmış sazişə əsasən həyata keçiriləcək. Bu məbləğdən 2,07 mln. ABŞ dolları 2006-cı ilin sonunadək ödəniləcək, 11,37 mln. ABŞ dolları isə (borcun əsas məbləği) 2011-ci ilin mart ayından 2025-ci ilin sentyabrına qədər ödəniləcək.
Borcun əsas məbləğinə ildə 3% hesablanır. Azərbaycanla saziş Gürcüstanın Paris klubu ilə 2004-cü il iyulun 21-də imzaladığı Gürcüstanın borcunun restrukturlaşdırılması haqqında sazişin şərtləri çərçivəsində bağlanıb. Gürcüstanın Azərbaycan qarşısında borcun bir hissəsi gürcü tərəfinin aldığı texniki kredit, digər hissəsi gürcü enerji sisteminin qış dövrünə hazırlanması üçün alınan kreditin hesabına 90-cı illərin ortalarında yaranıb.