...

Bakıda Azərbaycan-Avstriya biznes-forumunun keçirilməsi tarixi müəyyən edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2006 15:23 (UTC +04:00)

İş adamlarından ibarət Avstriya nümayəndə heyətinin Bakıya səfəri dekabrın 4-5-də gözlənilir. Trend in İqtisadi İnkişaf Nazirliyindən aldığı məlumata görə, heyətin tərkibində maşınqayırma, metallurgiya, neft-qaz sektoru, energetika, kimya sənayesi, tikinti, nəqliyyat, yük daşımaları, rabitə, informasiya texnologiyaları, təhlükəsizlik sistemi və s. sahələrlə bağlı nümayəndələr olacaq.

Səfərin əsas məqsədi ölkədəki investisiya və biznes mühiti ilə tanış olmaq, həmçinin ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsi məqsədilə işgüzar görüşlərin keçirilməsindən ibarətdir. Səfər çərçivəsində biznes-formu təşkil ediləcək. Trend in ferdiyi məlumata görə, Avstriyanın Moskvadakı səfirinin müşaviri cənab Klausun rəhbərlik etdiyi nümayəndə heyətində 19 şirkət təmsil olunacaq.

Qonaqlar həmçinin dövlət stürktürlarında, Nəqliyyat, İtisadi İnkişaf, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərində, "AZAL" və "Kaspar"da da görüşlər keçirmək barədə müraciət ediblər.

Xəbər lenti

Xəbər lenti