...

Noyabr ayında Azərbaycan manatının birja məzənnəsi möhkəmlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2006 19:01 (UTC +04:00)

Noyabr ayı ərzində milli valyutanın birja məzənnəsi 0,07% möhkəmlənib. Bu barədə Trend ə Bakı banklararası valyuta birjasından məlumat verilib. Bu zaman 1 ABŞ dollarına görə manatın məzənnəsi 0,8722 manatdan 0,8716 manata qədər möhkəmlənib.

Nəticədə noyabr ayında manatın ABŞ dollarına görə orta məzənnəsi 0,8725 manat təşkil edib, oktyabr ayında isə bu göstərici 0,8734 manata bərabər olub. Ümumilikdə son il ərzində milli valyutanın birja məzənnəsi ABŞ dollarına nisbətən 5,07% möhkəmlənib.

Xəbər lenti

Xəbər lenti