...

BBVB valyuta seksiyasının dövriyyəsi 11 ay ərzində artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2006 20:52 (UTC +04:00)

Bakı Banklararsı Valyuta Birjasının (BBVB) dövriyyəsi 2006-cı ilin noyabr ərzində dollar sövdələşməsi üzrə 147,474 milyon manat ($169,022 mln.) təşkil edib. Birjadan Trend -ə verilən məlumata görə, oktyabrla müqayisədə valyuta seksiyası ilə hərracın həcmi 7,18% azalıb. On bir ayın nəticələrinə görə, BBVB -in valyuta seksiyasının dövriyyəsi 1303,566 milyon manat ($1468 mln.) təşkil edib ki, bu da 2005-ci ilin anoloji mərhələsi ilə müqayisədə 33,3% və ya 325,6 milyon manat çoxdur.

Hərracların birja elektron sistemində (BEST) noyabr ərzində 40 ticarət sessiyacs keçirilib və 107 saziş qeydiyyata alınıb. Valyuta seksiyaları hərracının həcmi hesabat ayında 147,508 milyon manata çatıb.

Keçən ay xarici valyutaların birja bazarında qabaqcıl banklar-operatorlar Azərbaycan Beynəlxalq Bankı, Bank Standard, Azəriqazbank və UniBank olub. Valyuta sövdələşmələrinin ümumi həcmində Beynəlxalq Bankın payı 45,35%, Bank Standardın 18,08%, Bank of Bakunun - 11,51% , Azəriqazbankın 6,98% və UniBankın 6,25%-dir. Noyabrda birja hərraclarında cəmi 20 bank, valyuta seksiyasının üzvü iştirak edib.

Xəbər lenti

Xəbər lenti