...

2007-ci ildə Milli Bankın valyuta ehtiyatlarının artımı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2006 11:06 (UTC +04:00)

2006-cı il dekabrın 1-i üçün Azərbaycan Milli Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatları 1, 721 mlrd. dollar təşkil edib. AMB-in baş direktoru Aftandil Babayevin Trend ə verdiyi məlumata görə, ilin əvvəli ilə müqayisədə artım 961 mln. dollar olub.

2006-cı ilin nəticələrinə görə, valyuta ehtiyatlarının 1,7 mlrd. dolları keçəcəyi proqnozlaşdırılmışdı ki, bu da 11 ayın nəticələrinə görə özünü artıq təsdiq edib. İlkin hesablamalara görə, gələn il üçün AMB-in ehtiyatları əhəmiyyətli şəkildə, təxminən 1 mlrd. dollar artacaq.

Hazırda AMB valyuta ehtiyatlarının idarə edilməsi üçün Dünya Bankı xəzinadarlığından yeni menecer dəvət edib.

"Fərq yalnız ondan ibarətdir ki, dünya praktikasında mərkəzi banklar əsasən bu maliyyə institutuna müraciət edirlər. Biz DB-nin Xəzinadarlıq Departamenti ilə əməkdaşlığa başlamışıq və onun ixtiyarına 100 mln. dollar təqdim olunub" - deyə AMB-ın baş direktoru bildirib.

Vəsaitin idarə olunmaq üçün təhvil verilməsinin şərtlərindən biri odur ki, DB ehtiyatların konsultasiyası və idarəsinin üçillik proqramı çərçivəsində (RAMP) idarəetmədə AMB potensialının artımına yardım göstərəcək.

Ümumilikdə, AMB ehtiyatlarının idarə edilməsi mühafizə, risk və müxtəlif alətlərə diversifikasiya olmaq şərtləri gözlənilməklə çox səmərəli həyata keçirilir. "Gələcəkdə xarici menecerlərin idarəsinə verilən ehtiyatlar portfelinin artılırması nəzərdə tutulmur, belə ki, bu cür əməkdaşlığın nəticələri və səmərəliliyi ilə bağlı monitorinq keçirilməsi planlaşdırılır. Digər tərəfdən, bizim idarəetmədə kifayət qədər təcrübəmiz də var, hər il qoyulan investisiya prinsipləri mövcuddur" - deyə A.Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti