...

Xarici banklar Azərbaycana avrobondları mərhələlərlə buraxmağı tövsiyyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2006 11:27 (UTC +04:00)

Azərbaycan Maliyyə Nazirliyi müstəqil avrobond buraxılışını üç mərhələdə həyata keçirməyi planlaşdırır. Bu haqda Trend ə Nazirlikdən məlumat verilib.

"Azərbaycanla əməkdaşlıq edən banklar bizə avrobondların birdən buraxılmasının qeyri-mümkün olduğunu deyiblər. Birinci mərhələdə paylaşdırmanın özünü hazırlamaq, ikinci mərhələdə dünya bazarındakı şərtləri öyrənmək, üçüncüdə isə istiqrazlar ilə işləmək üçün kadrlar hazırlamaq təklif olunur. Eyni zamanda hökümətin özü də buna hazır olmalıdır", - deyə Maliyyə Nazirliyindən qeyd ediblər.

Müstəqil avrobondları buraxmaq üçün məsləhətçinin seçilməsi üzrə yekun qərar hələ qəbul olunmayıb. Bu istiqamətdə Azərbaycana Fitch Raytings beynəlxalq reytinq agentliyi, Standard & Poors, eyni zamanda, ölkənin ikinci reytinq agentliyinin cəlb olunması üzrə məsləhətçi City Group öz köməyini təklif edib.

Hökümətə hələ təxminən 20 banka (Commerz Bank, BNP Paribas, Deutsche Bank, ABN Amro və s.), JP Morgan şirkətinə da avrobond buraxmaqda yardım etməyi məsləhət görüblər. Avrobondların debüt buraxılışının təxminən 300 milyon ABŞ dolları olacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti