...

Azercell beynəlxalq əlillər günü ərəfəsində əllilərə dəstək oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2006 12:40 (UTC +04:00)

Azərbaycanın mobil operatoru - Azercell Telecom (BM) beynəlxalq əlillər günü ərəfəsində əlillərin sosial vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşması üçün iki vacib layihə gerçəkləşdirdi.

BM-dən Trend ə verilən məlumata görə, reallaşan layihələrdən biri 1931-ci ildə yaradılmış gözdən əlillər Cəmiyyətinin nəzdində yaradılmış "Altı nöqtə" mətbəəsinə lazımi çap avadanlıqlarının hədiyyə edilməsidir. "Altı nöqtə" mətbəəsi mövcud avadanlığın köməyilə əlillər üçün üzvlük vəsiqələri, blanklar və xüsusi seçki bülletenləri hazırlayır. Azersellin təqdim etdiyi texniki avadanlığın sayəsində mətbəənin fəaliyyəti genişlənəcək, əhaliyə, müəssisə və təşkilatlara çap, xüsusi cildləmə və s.nəşriyyat xidmətləri göstəriləcək. Bununla bərabər mətbəə kor və gözü zəif uşaqların təhsil aldığı internat məktəbləri üçün dərsliklər çap edir.

Azərbaycan korlar cəmiyyəti qeyri-hökumət təşkilatı kimi öz ətrafında Azərbaycanda yaşayan və qeydə alınmış 9 min birinci və ikinci qrup gözdən əlilləri birləşdirir. Qeydə alınmış əlillərə sözügedən cəmiyyətin 27 rayon və 4 şəhər şöbəsi və 3 mədəniyət evi xidmət göstərir. Azersellin bu yardımı gözdən əlil vətəndaşlarımızın xüsusi vəsaitlərə olan tələbatını ödəməklə yanaşı onların məşğulluq probleminin həll olunmasına kömək edəcək. Müasir avadanlıqlarla təmin olunmuş mətbəədə istehlak bazarı üçün də rəqabət qabilliyyətli müxtəlif məhsul istehsal etməklə mənfəət əldə edə biləcək. Bu layhəni kampaniyanın ölkədə gerçəkləşən "yoxsulluğun aradan qalxması və iqtisadi inkişafa dair dövlət proqrammı"na töhfə hesab etmək olar.

Bundan əlavə, Azərbaycanda sahibkarlar arasında sosial məsulliyyət mədəniyyətinin yayılmasında böyük rol oynayan operator, fiziki əlillərə dəstək göstərən ikinci layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 400 müasir əlil arabası alınmasına dair müraciət edib.

Azersell (BM)in Beynəlxalq əlillər günü ərəfəsində keçirdiyi lahiyələr sosial investisiyalar proqramının tərkib hissəsidir və cəmiyyətdəki əlillərin inteqrasiyasına və sosial reablitasiyasına yardımçı olacaq. Öz fəaliyyətinin 10 ili ərzində Azərsell bu proqramm çərçivəsində 5 milyon dollardan çox vəsait xərcləyib.

Xəbər lenti

Xəbər lenti