...

Azərbaycan bankları beynəlxalq ödəmə sistemləri ilə işi fəallaşdırdılar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2006 15:24 (UTC +04:00)

Azərbaycanın maliyyə bazarında beynəlxalq ödəmə sistemlərinin üzvü olan bankların siyahısı artmaqdadır. "Millikart" prosesinq mərkəzindən Trend ə verilən məlumata görə, aksiya kommersiya bankı Zaminbank, Azərdəmiryolbankın sponsorluğu ilə Visa İnternatonal beynəlxalq ödəmə sistemi Assosiasiyasının üzvlüyünə qəbul edilib. Bank artıq Viza kartlarının buraxılmasına başlayıb.

"Millikart"dan verilən məlumata görə, Zaminbankdan külli miqdarda kart gözlənilmir, kartlar əsasən bankın VİP müştəriləri arasında yayılacaq, bank transaksiyaların həcminin artırılmasını da nəzərdə tutur. 2007-ci ilin sonunadək bank 5min kart buraxmaq niyyətindədir.

Beynəlxalq kartların buraxılmasına Visanın üzvü olan Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) da hazırlaşır. Bank dekabrın 11-dən emissiyaya başlayır. AMMB bütün mikrokreditləri kartlar vasitəsilə vermək niyyətindədir, belə ki, hər ay 2-3 mindən artıq kart emmissiya etməyi planlaşdırır. AMMB-nin biznes planına görə, 2006-cı ilin sonunadək 500 beynəlxalq kart buraxılacaq, 2007-ci ilin sonunadək isə kartların 5 minə qədər artırılması nəzərdə tutulub.

Hal-hazırda CİBank Visa və MasterCard ödəmə sistemləri üzvlüyünə namizəddir, DebütBankın isə Visa üzvlüyünə qəbul olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti