...

Azərbaycanın ortamüddətli xərclər strategiyasının tətbiq konsepsiyası hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2006 17:57 (UTC +04:00)

Azərbaycan hökuməti ortamüddətli xərclər strategiyasının tətbiqinə dair konsepsiyanın layihəsini hazırlayıb. AMB-dən Trend ə verilən məlumatda bildirilir ki, bu, makroiqtisadi idarəetmə və iqtisadi siyasətin koordinasiyası Konsepsiyası layihəsi çərçivəsində hazırlanıb.

Aparılan tədqiqatların sonunda bunun vacibliyi aydın olub, nəticələr göstərib ki, səmərəli makroiqtisadi idarəetmənin əsasında ortamüddətli perspektivdə fiskal çərçivələri müəyyən edən ortamüddətli xərclərin strategiyası durur.

Bu strategiyanın hazırlanmasında Albaniya, Çexiya, Cənubi Koreya, Pakistan, Hindistan, İsveç, Finlandiya, Gürcüstan, Norveçin təcrübəsi öyrənilib.

Makroiqtisadi idarəetmə və iqtisadi siyasətin koordinasiyası Konsepsiyasının hazırlanması çərçivəsində maliyyə proqramının tərtib edilməsi üzrə metodoloji əsas artıq işlənib.

Maliyyə prqoramının sistemli şəkildə formalaşdırılması üçün həmçinin vacib tədbirlər planı hazırlanıb, eləcə də ölkə iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla makroiqtisadi hesablar çərçivəsində neft və qeyri-neft sektorlarının ayrılması üzrə metodologiya müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti