...

Londonda Azərbaycanın maliyyə sektorunun imkanlarının təqdimatı keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2006 19:19 (UTC +04:00)

Bu gün Londonda Azərbaycanın maliyyə sektorunun imkanlarının təqdimatı keçirilir. Azərbaycan ixracın və investisiyaların təşviqi fondundan (AZPROMO) Trend ə verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı AZPROMO-dur. Təqdimatın təşəbbüsçüsü Azərbaycanın Böyük Britaniyadakı səfirliyidir.

Azərbaycan nümayəndə heyətinə Azərbaycan Milli Bankının baş direktoru Rüfət Aslanlı, Azərbaycan investisiya şirkətinin başçısı Anar Axundov, AZPROMO-nun prezidenti Emil Məcidov, Azəriqazbank, Standart Bank, Beynəlxalq bankın London ofisinin nümayəndələri və b. daxildir.

Tədbir bir növ təklifdir: dünya maliyyə mərkəzlərindən biri London Sitidə cəmlənmiş böyük maliyyə şirkətlərinə Azərbaycanın maliyyə sektorunda əməkdaşlıq təklif olunur.

Xəbər lenti

Xəbər lenti