...

QDTİB Direktorlar Şurasında Azərbaycana dair strategiyanın təsdiq olunma tarixi müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 10:28 (UTC +04:00)

Salonnikdə Qara dəniz ticarət və inkişaf bankı Direktorlar Şurasının 54-cü iclası keçirilib. İqtisadi İnkişaf Nazirliyindən Trend ə verilən məlumatda bildirilir ki, digər məsələlərlə yanaşı, Azərbaycana dair strategiyanın ilkin variantı da nəzərdən keçirilib. Həmin strategiyanın təsdiqi Direktorlar Şurasının 2007-ci il fevral ayında keçirilməsi planlaşdırılan növbəti iclasında gözlənilir.

Tədbir iştirakçıları QDTİB üzv-ölkələrlə müqayisədə 2005-2006-cı illərdə Azərbaycanda müşahidə olunan yüksək iqtisadi artım və dinamik inkişafı xüsusi qeyd etmiblər.

Keçirilən tədbir çərçivəsində Şuranın 4 xüsusi yığıncağı keçirilib ki, burada 2007-2010-cu illər üçün bankın biznes-planı təsdiq olunub. Bu plana əsasən, növbəti illərdə QDTİB üzv-ölkələrində həyata keçiriləcək layihələr üçün kredit həcminin iki dəfə artırılması gözlənilir.

Gələn ildən bankın iki üzvünün - Bolqarıstan və Rumınyanın Avropa İttifaqına daxil olması Qara dəniz bankının regiondakı nüfuzuna müsbət təsir göstərəcək. Azərbaycan tərəfindən iclasda Azərbaycan üzrə bankda direktor, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov iştirak edib.

Xəbər lenti

Xəbər lenti