...

DB Azərbaycanda torpaq kadastrının yaradılması layihəsinin son qiymətləndirmə prosesinə keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 10:49 (UTC +04:00)

Respublika üzrə torpaq kadastrının yaradılması layihəsinin son qiymətləndirilmə prosesinin keçirilməsi üçün Dünya Bankının layihənin başçısı Qeyvin Adlinqtonun (bankda torpaq inzibatçılığı üzrə mütəxəssis) rəhbərlik etdiyi missiyası öz işinə başlayıb. DB-nin Bakı nümayəndəliyindən Trend ə verilən məlumatda bildirilir ki, missiya ölkədə dekabrın 13-nə qədər olacaq.

İlkin qiymətləndirmələrə görə, layihənin dəyəri 42 mln. dollar həcmində müəyyən edilib. DB-nin və Azərbaycan hökumətinin kredit payı qiymətləndirmə gedişində qəti olaraq razılaşdırılacaq. DB-nin AR hökuməti ilə əməkdaşlıq strategiyasında 30 mln. dollar nəzərdə tutulub ki, bu məbləğ bank tərərfindən təqdim olunacaq.

Qiymətləndirmə dekabr ayında yekunlaşdığı təqdirdə, AR hökuməti ilə DB arasında kredit razılaşmasına dair danışıqlar 2007-ci ilin yanvar ayında başlayacaq, Direktorlar Şurasına təqdimat isə martda gözlənilir.

Layihənin benifisiarları tərəfindən Nazirlər Kabineti yanında Daşınmaz əmlakın reyestri dövlət xidməti, Torpaq və kartoqrafiya üzrə dövlət komitəsi, Dövlət əmlakının dövlət komitəsi müəyyən olunub. Layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı, xəritələrin kadastrının hazırlanması və dövlət əmlakının idarə olunması sisteminin möhkəmləndirilməsi nəzərdə tutulur. Aidiyyatı dövlət təşkilatlarında yüksək keyfiyyət səviyyəsinin təmin edilməsi üçün informasiya texnologiyalarının inkişaf etdirməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti