...

Bank of Baku "Xpress money" pul köçürmələri sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 16:00 (UTC +04:00)

Dekabrın 7-dən etibarən "Bank of Baku" "Xpress Money" təcili pul köçürmələri sistemi çərçivəsində müştərilərə xidmət göstərməyə başlayacaq. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Təcili pul köçürmələri bazarında aparıcı sistemlərindən biri olan Xpress Money Services Ltd. şirkəti 1999-cu ildə London şəhərində, müştərilərinə yüksək effektivliyə və keyfiyyətə malik xidmətləri təmin etmək məqsədilə təsis edilib.

Hazırda "Xpress Money" sisteminə qoşulmuş məntəqələrin ümumi sayı 14 mindən artıqdır. Qeyd edək ki, bu sistemin xidmətlərindən dünyanın 75 ölkəsində, o cümlədən ABŞ, Böyük Britaniya, Kanada, Ərəb ölkələrində, eləcə də MDB və Avropa Birliyi ölkələrinin ərazisində istifadə olunur. Yalnız 2005-ci il ərzində Xpress Money sistemi vasitəsilə aparılan əməliyyatlar üzrə dövriyyənin ümumi məbləği 4,5 mlrd. ABŞ dolları təşkil edib.

Aşağıda qeyd olunan rəqabətli üstünlüklər hesabına Xpress Money sistemi beynəlxalq pul köçürmələri bazarında möhkəm mövqelər qazanıb:

- Köçürmələrin yüksək sürəti - cəmi 5-15 dəqiqə,

-Köçürməyə görə aşağı komissiya (yalnız Göndərən şəxsdən tutulur),

- Köçürmələrin geniş coğrafiyası- bütün dünyada 75 ölkə,

- Pul köçürmələrinin ABŞ dolları və avroda həyata keçirilməsi,

- Köçürmənin qəbulu və verilməsi prosedurları kağız blanklarda rəsmiləşdirilmənin aparılmasına ehtiyac yaratmır

-Alanı pul vəsaitlərinin daxil olması barədə məlumatlandırmaq (pulsuz sms/e-mail)

- Göndərəni pul vəsaitlərinin Alana verilməsi barədə məlumatlandırmaq (pulsuz sms/e-mail)

-Alandan yalnız şəxsiyyəti təsdiq edən sənəd və pul köçürməsinin nömrəsi tələb olunur (Xpin).

"Xpress Money" sistemi ilə yanaşı, "Bank of Baku" hazırda təcili pul köçürmələri sistemi çərçivəsində Tavelex, Western Union, Migom və Bıstraya Poçta kimi analoji xidmətlər göstərir.

Xəbər lenti

Xəbər lenti