...

QDTİB 2010-cu ilə qədər Azərbaycanda əməliyyatların həcmini artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 16:22 (UTC +04:00)

Trend məlumat verir ki, Qara dəniz ticarət və inkiaşf bankının (QDTİB) Direktorlar Şurasının2007-ci il fevral ayında keçiriləcək iclasında Azərbaycan üzrə üç illik nəzərdə tutulmuş (2007-2010-u illər üçün) strategiya təsdiq ediləcək.

İqtisadi inkişaf nazirinin müavini, QDTİB-də Azərbaycan üzrə direktor Mikayıl Cabbarovun verdiyi məlumata görə, növbəti illərdə bankın Azərbaycandakı əməliyyatlarının iki dəfə genişləndirilməsi gözlənilir. O, Azərbaycan layihələri üçün ayrılan maliyyələşməni həcmi barədə bir söz deməyə çətinlik çəkib. Bu isə layihələrin həcmindən və sayından asılı olacaq. Özəl və ya başqa sahələrin maliyyələşməsi bir sıra amillərdən asılıdır.

Qara dəniz bankı ilə əməkdaşlığa başlanan andan Azərbaycan banklarının maliyyələşməsinə 44-45 mln. dollar ayrılıb.

Xəbər lenti

Xəbər lenti