...

Azərbaycan Maliyyə Nazirliyi maliyyə hesabatlarında daha 9 milli standartın təsdiqinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 20:19 (UTC +04:00)

Azərbaycanın Maliyyə Nazirliyi maliyyə hesabatlarının tətbiqində beynəlxalq standartlara uyğun olaraq 9 milli standartın təsdiqinə hazırlaşır. Maliyyə Nazirliyi hesabat şöbəsinin müdiri Elxan Cəfərovun Trendə verdiyi məlumata görə, 2009-cu ilədək maliyyə hesabatlarında beynəlxalq standartlara keçiddə 29 milli standartın təsdiqini planlaşdırır. İndiyə qədər hələlik 3 milli standart təsdiq olunub.

Elxan Cəfərov həmçinin məlumat verib ki, Maliyyə Nazirliyi maliyyə hesabatlarında beynəlxalq standartların Azərbaycan dilinə tərcüməsini bitirir. Bu gün 36 beynəlxalq standartdan 31-i Azərbaycan dilinə tərcümə olunub. Onun sözlərinə görə, maliyyə hesabatlarında beynəlxalq standartlara keçid və milli standartların qəbulu prosesi 2004-cü ildən, "Mühasibat uçotu haqqında" yeni qanunun qəbulundan sonra başlanıb. Bununla belə, o, bu sahədə olan probemləri də istisna etməyib ki, bu da ən çox mühasiblərin sertifikatlaşmasına aiddir.

Onun fikrincə, bu məsələ çox ləng inkişaf edir. "Maliyyə Nazirliyi, Auditorlar Palatası, Hesablama Palatası özləri bu standartları sonadək öyrənməyiblər ki, onların qəbuluna nəzarət edə bilsinlər. Təşkil olunmuş standartların tətbiqi üçün Təhsil Nazirliyində ciddi islahatlar aparılmalıdır"- E.Cəfərov belə hesab edib. Maliyyə hesabatlarında beynəlxalq standartlara keçid və milli standartların tətbiqi Maliyyə Nazirliyində beynəlxalq maliyyə institutlarına və donorlara ümidlər yaradır.

Xəbər lenti

Xəbər lenti