...

Kişinyovda TRACECA-nın Milli katiblərinin görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2006 15:13 (UTC +04:00)

TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev Trend ə bildirib ki, dekabrın 14-15-də Kişinyovda (Moldova) TRACECA nəqliyyat dəhlizinin milli katiblərinin iclası keçiriləcək.

Moldova tərəfi bu seminarın 2006-cı ilin sonuna kimi Kişinoyovda keçirilməsi təklifi ilə çıxış edib. Bu seminarda TRACECA hökumətlərarası komissiyanın gələn il Qazaxıstanda keçiriləcək növbəti iclasına daxil olacaq məsələlərin hazırlanması ilə bağlı müzakirələr nəzərdə tutulur.

Moldova TRACECA nəqliyyat dəhlizinə daxil olan yeganə Avropa ölkəsidir ki, burada hələ bu vaxta qədər milli katiblərin iclası keçirilməyib.

Xəbər lenti

Xəbər lenti