...

Səfir: "Azərbaycan Ukraynada investisiya yatırımlarını davam etdirir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2006 17:11 (UTC +04:00)

Azərbaycan Donetsk vilayətinin sənayeçiləri ilə sıx iqtisadi əməkdaşlıqda maraqlıdır və öz investisiyalarını bura yatırmağa hazırdır. Ukrayna KİV-lərinə istinadən Trend xəbər verir ki, bu barədə Azərbaycan respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev Donetsk vilayət sovetinin sədri Anatoli Bliznyukla görüşdən sonra bildirib.

O bildirib: "Donetsk viyalətində sənaye çox inkişaf edib və Azərbaycanda geniş təqdim olunub. Bu gün Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edir, ona görə sizin sənayenin məhsullarına çox ehtiyac var. Mənim Donetsk vilayətinə səfərimin əsas məqsədi də məhz ölkələrimiz arasında və konkret olaraq sizin vilayətinizlə, ələlxüsus metal məhsulları, kimyəvi məhsullar, vaqontikinti və digər məhsul növləri ilə bağlı mal mübadiləsini genişləndirmək və artırmaq üçün vilayət rəhbərliyi ilə danışıqlar aparmaqdan ibarətdir.

T.Əliyevin sözlərinə görə, Azərbaycan Donetsk vilayətinə investisiya yatırmağa və konkret təklifləri nəzərdən keçirməyə hazırdır: "Bu gün Azərbaycan investisiyaları artıq Azərbaycan hüdudlarından kənara çıxmağa başlayır və artıq özünü Ukraynada nümayiş etdirir. Hazırkı dövrdə Dnepropetrovsk və Çerkassk vilayətlərində Azərbaycan investisiyaları işləməyə başlayıb. Biz istəyirik ki, Donetsk vilayətində də bizim investisiyalar işləsin - bu da danışıqlar üçün predmetdir".

Xəbər lenti

Xəbər lenti