...

Azərbaycan və Belorus – MDB-də sənaye artımı tempinə görə lider dövlətlərdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 10:42 (UTC +04:00)

Azərbaycan və Belorus MDB ölkələri arasında sənaye artımı tempinə görə liderlik edirlər. Onların göstəriciləri müvafiq olaraq 38 faiz və 12,2 faiz artıb. Trend xəbər verir ki, bunu Birliyin Statistika komitəsi tərəfindən yayılmış məlumatlar sübut edir.

Sənaye istehsalı 2006-cı ilin yanvar-oktyabr aylarında Qazaxıstanda 6,7 faiz, Tacikistanda 6 faiz, Ukraynada 5,3 faiz artıb. Beləliklə, Rusiya hal-hazırda sənaye artımı tempinə görə MDB ölkələri arasında altıncı yeri tutur. Bu barədə Trend "Regnum"-a istinadən məlumat verir.

Sənaye məhsulu istehsalının azalma tempi isə 2006-cı ilin ilk 10 ayı üçün Qırğızıstanda - 12,1 faiz, Moldovada - 7 faiz və Ermənistanda 0,9 faiz qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti