...

Azərbaycan İnvestisiya Şirkəti İslam İnvestisiya Şirkəti və Fondunda iştirak etməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 11:14 (UTC +04:00)

Trend məlumat verir ki, "Azərbaycan İnvestisiya Şirkəti" SC İslam İnvestisiya Şirkətində iştirak planları barədə bildirib. Bu təşəbbüs Bakıda ərəb institutlarının iştirakı ilə keçirilən beynəlxalq investisiya konfransı çərçivəsində İslam İnkişaf Bankı tərəfindən səsləndirilib.

Şirkətin icraçı direktorunun müavini Riyad Qasımovun verdiyi məlumata görə, şəriət prinsipləri əsasında yaradılan investisiya şirkətində AİŞ-in iştirak payı minimum 10-15 faiz təşkil edəcək.

Onun sözlərinə görə, səhmdarların sırasına həmçinin bir neçə bank da daxil olacaq. İnvestisiya şirkəti 100 mln. dollar kapital həcmində formalaşdırılacaq.

Bundan başqa, AİŞ fond yaradılmasını da nəzərdə tutur. R.Qasımov bildirib: "İlkin mərhələdə 50-60 mln. dollar kapital ilə fond formalaşdırılması barədə dünya bankları ilə danışıqlar aparılır". Fevral-mart aylarında danışıqlardan sonra AİŞ planları barədə daha geniş məlumat verməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti