...

Azərbaycanda taxıl məhsullarının yığımı başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 15:28 (UTC +04:00)

Azərbaycanda taxıl məhsullarının yığımı başa çatıb. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumatda bildirilir ki, regionlardan 2078,3 min ton yaz və payız taxıl məhsulu (qarğıdalı da daxil olmaqla) yığılıb. Bu, 2005-ci ilin göstəricisi ilə müqayisədə 48 min ton azdır.

Nazirlikdən məhsulun azalmasının səbəbi kimi qeyri-əlverişli hava şəraitini göstəriblər. Yığım 783,4 min hektar ərazidə həyata keçirilib.

Cəlilabadda yığım - 126 min ton, Şəkidə - 106 min ton, Şəmkirdə - 88 min ton, Sabirabadda - 82 min ton, Xaçmazda - 78 min ton, Ağsuda - 74 min ton, İsmayıllıda - 72 min ton, Neftçalada - 67 min ton, Saatlıda isə - 66 min tonu keçib.

Taxıl məhsullarının tərkibində qarğıdalı yığımı 145 620 ton təşkil edib.

Əvvəl Azərbaycanda 2006-cı il üçün taxıl məhsullarının istehsal həcmi 2,200 mln. proqnozlaşdırılmışdı. Hal-hazırda Azərbaycanda taxıl məhsullarına olan tələbat 3,400 min ton təşkil edir.

Nazirlikdən həmçinin bildiriblər ki, Azərbaycan regionlarında taxıl məhsullarının payız səpimi üzrə işlər aparılır. Bu gün üçün səpim 574 min hektar ərazidə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti