...

Azərbaycanın dövlət və korporasiya sektorunda hesabat layihəsinə kreditlərin məbləği TİƏ hazır olduqdan sonra dəqiqləşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 18:37 (UTC +04:00)

Dövlət və korporasiya sektorunda hesabat layihəsinə hazırlığa dair bu gün imzalanmış qrant müqaviləsi Azərbaycanda mühasibat uçotlarında beynəlxalq standartların qəbulu və inkişafı layihəsinin Texniki İqtisadi Əsaslandırılmasına hazırlıq üçün texniki yardımdır. Trend in verdiyi xəbərə görə bu barədə bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov danışıb.

Qrant Yaponiya hökumətinin PHRD fondu xətti ilə çatdırılmaqla 895 min dollar qədərində təyin olunub. Bu TİƏ-nin hazırlanmasından sonra onun Azərbaycanın layihənin gerçəkləşməsinə yönəldəcəyi kreditin məbləği müəyyən olacaq. Layihə üçün vəsaitlərin bir hissəsi respublikanın öz hesabından qoyulacaq. Bundan əvvəl Dünya Bankı və Azərbaycanın maliyyə nazirliyi Dövlət və Korporasiya Sektorunda Hesabat (DKSH) layihəsinin komponentlərini müəyyənləşdiriblər. 2007-ci ilin birinci yarısında layihənin təsdiqlənməsi gözlənilir. Onun maliyyələşməsi üçün DB Beynəlxalq İnkişaf Asosiasiyasının xətti ilə tam 15-20 mln. dollar ayırmağı planlaşdırır. Layihə özündə üç komponenti birləşdirir. Birinci layihə çərçivəsində korporasiya sektorunda mühasibat uçotunun islahatı, həmçinin MHBS-ın ictimai əhəmiyətli təşkilatlara tətbiqi, "Audit haqqında" yeni qanunun hazırlanması və qəbul olunması üçün birgə fəaliyyət, Auditorlar Palatasının inkişafı və islahatı nəzərdə tutulur. İkinci komponent dövlət sektorunda mühasibat uçotu sisteminin
islahatını nəzərdə tutur. Üçüncü komponentə isə, Azərbaycanda mühasibat işinin öyrədilməsi və tədrisi, Tədqitqatlar mərkəzinin yaradılması, mühasibat uçotu işində milli standartlara hazırlıq, MHBS-a keçidlə bağlı proqramın dəstəklənməsi, mühasibatçıların və auditorların yeni avadanlıqlarla təmin olunması, treninqlər keçirilməsi üçün xüsusi proqramların dəstəklənməsi aiddir.

Xəbər lenti

Xəbər lenti