...

Gəncədə tələf olmuş quşlarda quş qripi aşkarlanmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 19:35 (UTC +04:00)

Gəncədə tələf olmuş 5 baş quşdan götürülmüş nümunələrin Respublika Baytarlıq Laboratoriyasında müayinəsinin nəticələri məlumdur. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, nümunələrdə kokk mənşəli infeksiyalar və kolibakterioz xəstəliyinin törədiciləri aşkarlanıb. Bunların isə quş qripi ilə heç bir əlaqəsi yoxdur.

Baytarlıq Xidməti bir daha əhalinin diqqətinə çatdırır ki, heyvan və quşlar arasında hər hansı narahatlıq doğurucu hal hiss etdikdə xidmətə və onun yerli idarələrinə xəbər versinlər.

Xəbər lenti

Xəbər lenti