...

Azərbaycanda sürət dəmir yolu yaradıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2006 10:29 (UTC +04:00)

Azərbaycan Dövlət Dəmir Yolundan Trend ə verilən məlumata bildirilir ki, Bakı-Gəncə marşrutu üzrə yüklərin nəql edilməsi üçün sürət dəmir yolunun yaradılması layihəsi ilə tanışlıq məqsədilə Koreyadan mütəxəssislər qrupu Bakıya gəlib.

Ekspertlər tanış olduqdan sonra bu layihə üzrə qərar qəbul ediləcək. Bu, həmin marşrut üzrə salınmış tamamilə yeni magistral ola bilər.

Dəmir yolu idarəsindən verilən məlumatda bildirilir ki, koreyalı mütəxəssislər bu gün Bakıdakı depo ilə tanış olub, eləcədə Gəncədə olublar.

Xəbər lenti

Xəbər lenti