...

Astanada Azərbaycan-Qazaxıstan biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2006 11:22 (UTC +04:00)

Dekabrın 12-də Astanada Azərbaycan-Qazaxıstan biznes-forumu keçiriləcək. Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir ki, Azərbaycan tərəfindən tədbirin təşkilatçıları İqtisadi İnkişaf Nazirliyi və AZPROMO-dur.

Tədbirə 30-a yaxın Azərbaycan şirkətləri, rəsmilər qatılacaq. Şirkətlər tikinti, kənd təsərrüfatı, bank sektoru və s. sahələrdə ixtisaslaşır. Biznes-forum çərçivəsində iki ölkənin iş adamları arasında birbaşa danışıqlar təşkil olunacaq. "Qazaxıstana Azərbaycan məhsullarının və xidmətlərinin ixracını genişləndirmək AZPROMO-nun prioritetləri sırasındadır", - deyə AZPROMO Müşahidəçilər Şurasının sədri Çingiz Əsədullayev bildirib.

"Bir neçə Azərbaycan şirkəti artıq Qazaxıstanda fəaliyyət göstərir. AZPROMO-nun apardığı araşdırmalar göstərir ki, bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Bizim məqsədimiz bu imkanları reallaşdırmaqdır", -deyə AZPROMO-nun Prezidenti Emil Məcidov qeyd edib.

Xəbər lenti

Xəbər lenti